Sürücü olun
EnRu
Sürücü olun

11.12.2018 - Logistikanın ekspres sürəti #logistika#175#175evakuasiya#175yukdasima

Logistikanın ekspres sürəti

İqtisadiyyatın inkişaf etdiyi bir dönəmdə şəhərlər arası, o cümlədən ölkələr arası nəqliyyat infrastrukturuna günü-gündən təlabat yaranır.
 
Bununla əlaqəli olaraq cənab prezident İlham Əliyev tərəfindən bir neçə mühüm sərəncamlar və iqtisadi gücümüzü artıracaq beynəlxalq dərəcəli müqavilələr imzalanır. Məsələn, "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir.
 
Bu sırada öncə "Yeni İpək Yolu" layihəsi ilə Azərbaycanın coğrafi, iqtisadi, energetik və nəqliyyat-logistika özəlliklərinin tam uyğunlaşdırılması vurğulanmalıdır.  Bu ilin 9 ayına nəzər yetirsək qeyri-neft sektoru üzrə 1 milyard 207 milyon dollarlıq mal ixrac olunub. İstehsal və emal sənayesində ixrac məhsulların payı artmaqdadır və yanvar-sentyabr ayları ərzində ixrac edilən əmtəə məhsullarının dəyəri  14,3 milyard dollar təşkil edib.
 
Ümumi  ixrac payında qeyri-neft sektoru üzrə ixracın dəyəri 1 milyard 207 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 138 milyon dollar və ya 13% artıb. İxracın coğrafiyasına gəlincə, ilk 5-liyə əsasən Rusiyaya 402,2 Türkiyəyə 275,6, İsveçrəyə 105,2, milyon dollar dəyərində mal satılıb. İxracda sonrakı yerləri Gürcüstan və Qazaxıstan bölüşür.
 
Ölkədaxili yükdaşımaların inkişafında bu iş üzrə ixtisaslaşmış şirkətlərin böyük rolu var. Onuda vurğulayaq ki, yeni və innovativ texniki təcihizatla təmin edilmiş yükdaşımalar vətəndaşların xidmətinə gəlir.
Bunlardan biridə “FoxExpress” yükdaşıma və evakuasiyadır.
 
“FoxEpress” yükdaşıma və evakuasiya şirkətinin əsas üstünlüyü sifarişləri Azərbaycanın istənilən nöqtəsindən mobil əlavə vasitəsi ilə də etmək mümükündür. Ən müasir avtoparka malik olan “FoxExpress” yükdaşıma və evakuasiya 24/7 prinsipi ilə çalışır.
Ən peşəkar sürücü komandası ilə istənilən ölçü və tonnajda, istər yüngül sənayə üzrə , istərsə də ağır sənaye yüklərin daşınması mümkündür.

BİZİM XƏBƏRLƏRƏ ABUNƏ OL

* Sizin e-mail bizim xəbərləri göndərmək üçün istifadə olunacaq .