Sürücü olun
EnRu
Sürücü olun

28.11.2018 - Dünyanın ən böyük yük avtomobilləri #yükavtomobilləri#yukdasima#evakuasiya#FoxExpress#175

Dünyanın ən böyük yük avtomobilləri


Yük maşını dedikdə adətən daha iri həcmi və ölçüsü olan avtomobillər başa düşülür. Amma hələ də bir çoxları bilmir ki, ən böyük ölçülü yük avtomobilləri hansıdır. Gəlin top 3-lüyə nəzər salaq.
Bürünc medalı qazanan Belaz 75600-dür. Bu MDB ölkələrində ən böyük istehsal olunan yük avtomobilidir. Maksimum güc götürmə qabiliyyəti 320 ton, tam yüklü vəziyyətdə çəkisi 560 ton, uzunluğu 15 metrdir. Bir saat istifadə müddətində 500 litr yanacaq sərf edir. Mühərrikin gücü 3,5 min at gücündədir, həcmi isə 77,6 litrdir. Maksimal sürət saatda 64 km-dir.
Gümümşü isə Caterpillar 797B qazanır. Qabaritindən başqa bu ən müasir avadanlıqla təsis edilmiş yük maşınıdır. Tam çəkisi 624 tondur, 345 ton isə yük götürmə qabliyyətinə malikdir. Mühərriki 24 selinderdi, işləmə həcmi isə 117 litrdir. Saatda 68 km sürətlə hərək edir.
Birinci yerə Liebherr-T282B laiq görülür. Ümumi çəkisi 592 ton, bundan başqa maksimal yük götürməsi 363 tondur.
Uzunluğu 14,5 metrdi, maksimal sürəti saatda 64 km-dir. Bu yük avtomobili dünyanın ən yüngül avtomobilidir, hansı ki özündən ağır yükü daşıya bilir.
Bu yük avtomobilinin fərqli xüsusiyyətləri 20 selinderli, 3,6 min at gücü, 90 litrli iş həcminin olmasıdır.

BİZİM XƏBƏRLƏRƏ ABUNƏ OL

* Sizin e-mail bizim xəbərləri göndərmək üçün istifadə olunacaq .