Sürücü olun
EnRu
Sürücü olun

30.09.2019 - Yükdaşıma zamanı bitkilərin paketlənməsi və daşınması #yukdasima#bitkidasinmasi

Yükdaşıma zamanı bitkilərin paketlənməsi və daşınması

Evlərin və ya ofislərin daşınması zamanı çətinlik yaradan məsələlərdən biri də məhz ev bitkilərinin daşınmasıdır. Lakin bir neçə sadə qaydaya əməl etməklə yükdaşımanı rahat və təhlükəsiz həyata keçirmək mümkündür.

Bitkilərin daşınması qaydaları bitkilərin ölçülərindən asılıdır. Kiçik dibçək bitkilərinin daşınması olduqca sadə olmasına baxmayaraq, böyük ölçülü bitkilərin  daşınmasında proses çətinləşə bilər.

Kiçik dibçək bitkiləri daşınarkən onları öz dibçəkləri ilə ölçülərinə uyğun paketlərə qoymaq lazımdır. Daşınma zamanı bitkilərin çox hərəkət etməsinin və zədələnməsinin qarşısını almaq üçün paketlərdəki boşluqlar kağız ilə doldurulmalıdır.

Daha böyük bitkilər isə daşınma prosesindən öncə budanmalıdır. Bu onların daha rahat və təhlükəsiz daşınmasını təmin edir.

Əgər hava soyuqdursa bitkiləri soyuqdan qorumaq üçün onları kağız və ya parça ilə sarımaq lazımdır. Əksər ev bitkiləri hava şəraitinə və temperatura olduqca həssasdır, belə ki, yükdaşıma zamanı bitkilərin sabit temperaturda qalması təmin olunmalıdır.

Əgər ev bitkiləri çoxdursa onların digər ev əşyaları ilə yox, fərqli maşınla daşınması daha etibarlı olar.

Bitkilərinizin paketlənməsi, təhlükəsiz və etibarlı şəkildə daşınması üçün 175-ə zəng edin.

BİZİM XƏBƏRLƏRƏ ABUNƏ OL

* Sizin e-mail bizim xəbərləri göndərmək üçün istifadə olunacaq .