Sürücü olun
EnRu
Sürücü olun

17.08.2019 - 175 Yükdaşıma ilə Qənaət – Şüşə stəkanlar necə qablaşdırılmalıdır #Yukdasimaxidmeti#175yukdasima#yukdasimadaqenaet

175 Yükdaşıma ilə Qənaət – Şüşə stəkanlar necə qablaşdırılmalıdır

 

1. İlk öncə stəkanların içinə yükdaşıma üçün nəzərdə tutulmuş kağızları bükərək daxil edin. Narahat olmayın əgər yükdaşıma üçün nəzərdə tutulmuş kağız yoxdursa bunu qəzet vərəqləri və ya digər yumşaq kağızlarla əvəz edə bilərsiniz.  

2. Stəkanların üzərini səliqə ilə tam bağlanacaq şəkildə bükün.

3. Daha sonra kağızla bükülmüş stəkanların üzərini hava yastıqcıqlı xüsusi qoruyucu ilə tamamilə bükün. Əşyalarınız demək olar ki, daşınmaq üçün artıq hazırdı.

4. Qutulara stəkanları tərs olmaqla düzün.

5. Stəkanlar arası boşluğu isə penoplast qırıntıları ilə doldurun.

6. Son olaraq qutunun üzərinə sınan əşya yazmağı unutmayın.

BİZİM XƏBƏRLƏRƏ ABUNƏ OL

* Sizin e-mail bizim xəbərləri göndərmək üçün istifadə olunacaq .