Sürücü olun
EnRu
Sürücü olun

28.05.2019 - Yayda avtomobilə qulluq qaydaları #avtomobil#avtomobilequlluq#yaydaavtomobil

Yayda avtomobilə qulluq qaydaları

Demək olar ki, bir çox sürücülər düşünür ki, qış ayları avtomobillərə böyük ziyan verir. Bizim araşdırmamıza əsasən deyə bilərik ki, yay aylarında avtomobilə dəyən ziyan heç də qış aylarından geri qalmır.

Yayın isti günlərində avtomobilin üzərinə düşən ləkələri çox qısa müddətdə təmizləmək lazımdır. Bu onun üçün lazımdır ki, avtomobilin səthi-boyası isti havanın və çirkin təsiri nəticəsində qalıcı ləkələr yaradır.

Yay aylarında havada böyük miqdarda toz dənəcikləri olur. Bu toz dənələri hava filtirinin tutulmasına və sıradan çıxmasına səbəb olur. Nəticədə isə digər hissələr xüsusən də mühərrik hissəsi ciddi zədə görür. Bunun qarşısını almaq üçün tez-tez hava filtirinə nəzarət edin və onu hər 600-800 km-dən bir dəyişin.

İsti havanın sərt olduğu vaxt günlük-gün işıqlarını əks etdirən materialdan istifadə edin. Bu həm avtomobilin içində hava temperaturunu aşağı salmağa, həm də göstəricilər panelinin günün təsirindən sıradan çıxmamasına kömək edəcək.

Avtomobilinizin yanacaq çənini tam doldurmayın. İsti havada yanacaq genişləyir. Bunun nəticəsində yanacaq çənindən axmağa başlayır. İsti havada kiçik alışma mənbəyi avtomobilin yanmasına səbəb olacaq.

Avtomobilinizin təkərinin havasına daim nəzarət edin. İsti təsirindən təkərdəki hava genişləyir və əlavə təzyiq yaradır. Nəticədə təkərin yerlə sürtünməsi azalır. Bu isə qəza vəziyyətinin yaranma ehtimalını artırır.

BİZİM XƏBƏRLƏRƏ ABUNƏ OL

* Sizin e-mail bizim xəbərləri göndərmək üçün istifadə olunacaq .