Sürücü olun
EnRu
Sürücü olun

26.03.2019 - Yaz fəsilində avtomobillərdə hansı ehtiyyat hissələrini dəyişmək lazımdır? #avtomobil#ehtiyyathisseleri#evakuasiya#evakuasiyaxidmeti

Yaz fəsilində avtomobillərdə hansı ehtiyyat hissələrini dəyişmək lazımdır?  

Yaz fəslində evakuasiya xidmətindən daha az istifadə etmək üçün tövsiyələrimizə mütləq əməl edin.

Soyuq və şaxtalı qişdan sonra məsləhət görülür ki bunları dəyişəsiniz:

1) Hava filtirləri;

2) Yanacaq bakında yanacaq filtrilərini. Keyfiyyəti aşağı olan benzin istifadə etdikdə bir müddətdən sonra 1ci sitdə müxtəlif çöküntülər yarana bilər.  Buna görə, yanacaq filtresinə xüsusi diqqət yetirmək lazımdır və zəruri hallarda onu dəyişdirmək lazımdır.

3) Əyləc pedlər;

4) Əyləc mayəsi;

5) Avtomobilin mühərrik yağı hər 8-10 min kilometrdən bir dəyişirməlidir. Əgər bütün qışı sizin avtomobil qarajda olubsa, bu halda belə mütləq avtomobilin mühərrik yağını dəyişmək lazımdır.

6) Avtomobili yazda mütləq şəkildə yumaq lazımdır. Altlığına xüsusi diqqət yetirmək lazımdır.  Yuyulma, qış fəsilində yollara səpilən duz və müxtəlif kimyəvi yol maddələrindən təmizlənməsinə səbəb olacaq.

Bu qaydalara vaxtında riayət olunsa, avtomobilinizdə heç bir problem olmayacaq və asanlıqla istənilən ünvana  rahatlıqla çatacaqsınız .

Yaz fəslində evakuasiya xidmətindən az istifadə etmək diləyi ilə.

BİZİM XƏBƏRLƏRƏ ABUNƏ OL

* Sizin e-mail bizim xəbərləri göndərmək üçün istifadə olunacaq .