Sürücü olun
EnRu
Sürücü olun

12.02.2019 - Bir yükdaşımanın hekayəsi #yukdasima#foxexpress#175

Bir yükdaşımanın hekayəsi

Yükdaşıma xidməti olduqca vacib və məsuliyyətli xidmətlərdən biridir. Ona görə də hər bir detalın və ev əşyasının daşınmasına xüsusi diqqət edilir.
Bəs bir yükdaşıma xidməti sifariş olunduqda hansı əməliyyatlar yerinə yetirilir?

  • Əgər sifariş 175-ə zəng edilərək həyata keçirlirsə müştəriyə aşağıdakı suallar verilir:

Yükün nə olduğu, həcmi, yerləşdiyi ünvan, daşınacağı ünvan, yerləşdiyi ünvanda yük liftinin olub olmaması, yükün sökülüb yığılması üçün usta xidmətinin ehtiyac olub-olmaması və.s öyrənilir.

  • Daşınma üçün qiymət təyin edilir. Qiymət “FoxExpress” mobil əlavəsi sistemi üzərində qurulmuş kompüter proqramı ilə avtomatik hesablanır. Yəni “FoxExpress” mobil əlavəsində müştəri sifariş verdiyi halda hansı qiymət avtomatik təyin edilirsə o qiymət də 175-ə zəng edildiyi halda da müştəriyə deyilir.
  • Müştəri razılıq verdiyi halda operator sürücünün mobil telefonuna qurşadırılmış “FoxExpress- Sürücü” Mobil Əlavəsinə sifarişlə bağlı bildiriş göndərir və ya zəng edərək sifariş haqqında məlumat verir.
  • Sürücü, işçi qüvvəsi və usta xidməti yüklənmə nöqtəsinə hərəkət edir.
  • Yük usta xidmətinin köməyi ilə sökülür, paketlənir. Sınan əşya olduğu halda yük xüsusi nişanlarla işarələnir.
  • İşçi qüvvəsi xidməti isə yükü yük maşınına yükləyir.
  • Sürücü yükdaşıma xidmətini aktlaşdırır.
  • Yük boşaldılma nöqtəsinə hərəkətə başlayır.
  • Təyinat nöqtəsində yük işçi qüvvəsi vasitəsi ilə boşaldılır.
  • Usta xidməti yüklərin paketlərini açır, sökülmüş hissələri yenidən bağlayır və müştəriyə təhvil edir.

175 yəni “FoxExpress” yükdaşıma xidməti hər bir müştərinin dostudur. Bu yükdaşıma üçün təyin etdiyimiz minimal qiymətlər bunu sübut edir. Belə ki, yükdaşıma xidmətini cəmi 20 manata sifariş verə bilərsiniz. Sifariş vermək üçün elə indi 175-ə zəng edin.

BİZİM XƏBƏRLƏRƏ ABUNƏ OL

* Sizin e-mail bizim xəbərləri göndərmək üçün istifadə olunacaq .