Sürücü olun
EnRu
Sürücü olun

25.12.2018 - Qışda evakuasiya #evakuasiya#evakuator#foxexpress#175

 

QIŞDA EVAKUASİYA

Qışda evakuasiya maşınları xüsusilə məşhurlaşır, çünki qarla örtülü yollarda hərəkət daha təhlükəli olur. Qışda qəza vəziyyətlərinin ehtimalı çox yüksəkdir, beləliklə, evakuasiya xidmətləri daha tez-tez istifadə olunur.

Qarla örtülmüş yollarda işləyən evakuatorlar, nəinki, vurulmuş maşın problemlərini həll edir, həm də yolları təmizləmək üçün kommunal xidmətlərinin işini çox sadələşdirir. Qarlı hava şəraitində yolda qalan avtomobillər səbəbindən yolları təmizləmək çətinləşir və digər yol istifadəçilərinin sərbəst keçişinə mane olur.
Buna görə avtomobil sahiblərinə dərhal avtomobil ilə problemləri düzəltmək məsləhət görülür. Çox vaxt avtomobillər mütəxəssislərə müraciət etməmək səbəbindən sahibini yolda qoyur.
Bu vəziyyətdə,evakuatorlar tərəfindən məcburi yedəyə alınaraq avtomobili  ən yaxın məntəqəyə çatdırmaq lazım olur. Məhz buna görə avtomobil sahiblərinə tövsiyyə olunur ki, avtomobillərin nasazlıqlarını zamanında aradan qaldırılsın. Nasaz və qarda batmış avtomobillərlə işləyən "FoxEpress" evakuatorları, evakuasiyanın bir neçə əsas prinsipi üzərində işləyir.
Qarlı hava şəraitində qara batan və ya xəndəyə düşən avtomobilin evakuasiya mərhələləri

1. Eqzoz borusunu eləcə də avtomobilin ən mühüm sistemlərini yoxlamaq.

Çünki eqzoz sistemində qar aşkarlandıqda, təmizlənilməsi mütləqdir.

Avtomobil dayandığı yerin qiymətləndirilməsi.  Zəruriyyət yarandıqda təmizləmək.

Peşəkar işçilər buzu qıraraq, avomobili qardan təmizləyir ki, evakuatora yüklənilməsi asan olsun.

2. Avtomobili hərəkətə gətirən, batan təkərlər dəmir zəncir ilə bərkidilir.

3.    Buzun əridilməsinə kömək etmək üçün təkərlərin önünə duz və ya antifriz tökülür.
 
4.    Təkərlərdən artıq havanı buraxılır və

5. Avtomobili evakuatorun platformasına yüklənir.

Sürücülər sürətə mütəmadi nəzarət etməlidirlər və gediləcək marşrut boyunca o istiqamətdə işləyən evakuatorların əlaqə məlumatlarını bilməlidirlər.

Qarlı hava şəraitində evakuasiya olduqca mürəkkəb və məsuliyyətli bir işdir, ona görə də digər vaxtlarda olduğu kimi qarlı yollarda əsasən saz vəziyyətdə
olan evakuatorlar çalışır.

Bu il «FoxExpress», yolda sürücülərə lazım olan məkanlara çatmaq üçün mümkün qədər az zaman sərf etməyi və asanlıqla kömək etməyi hədəfləyir. Yalnız
telefonunuzda üç rəqəmi yığmalısınız 175 ki, evakuator sizə köməyə yetişsin.

Yük qaldırma qabiliyyəti fərqli ola bilər, ona görədə qardan istər yük, istərsədə minik avtomobili FoxExpress Evakuasiya xidməti ilə təxliyyə olunur.

BİZİM XƏBƏRLƏRƏ ABUNƏ OL

* Sizin e-mail bizim xəbərləri göndərmək üçün istifadə olunacaq .